“Sumqayıt”ın üzvü “Asiya Futbol Mükafatları”na namizəddir
19.09.2024 - 17:51
“Sumqayıt”ın üzvü İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sentyabrın 25-də İngiiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuri (“Lester”, İngiltərə) olacaq.
Qeyd edək ki, "Asiya Futbol Mükafatları" Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan, Nepal, Butan və Maldiv adalarından olan futbolçuları əhatə edir.
- PSJ-dən iki futbolçu ilə bağlı qərar – Yeni müqavilələr hazırlanır
- Dünya Kuboku: Gimnastımız finala vəsiqə qazanıb
- Braziliyalı futbolçunun Azərbaycandan çıxışına QADAĞA
- Rauf Əliyev: "Əldən verilən epizodlar oyunun taleyini həll etdi" - Müsahibə
- “Araz-Naxçıvan”ın legioneri: "Azərbaycanda özümü ikinci vətənimdə kimi hiss edirəm" - Müsahibə
0
0