Tamerlan Abdullazadə vitse-prezident seçildi
14.05.2024 - 12:16
Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib.
Apasport.az xəbər verir ki, bu vəzifə Tamerlan Abdullazadəyə həvalə olunub.
Qərar AÜF-nin İcraiyyə Komitəsinin son iclasında qəbul edilib. Müzakirələrdən sonra komitə üzvləri T. Abdullazadənin namizədliyini yekdilliklə dəstəkləyiblər.
O, son olaraq Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini vəzifəsində çalışıb.
İclasda, həmçinin 2024-cü ilin fəaliyyət planı, keçirilən yarışlar, yerli və beynəlxalq turnirlərdə idmançıların iştirakı müzakirə olunub.
- "Qarabağ" Bolqarıstana yollanır - FOTO
- Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
- Ronaldonun bəyəndiyi iddia: “Messi yalnız 5 “Qızıl top” qazanmalı idi”
- Gənc futbolçu 26 yaşında dünyasını dəyişdi
- Premyer Liqada debüt, “Qarabağ”ın yeni transferi ilə dostluq və Tovuz azarkeşi - MÜSAHİBƏ
0
0