Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır
14.03.2024 - 14:04
![Tedesko Belçika millisi ilə yeni müqavilə imzalayır](https://ww3.apasport.az/storage/news/2024/march/14/big/65f2caa8265ff65f2caa826600171041040865f2caa8265fd65f2caa8265fe.jpg)
Belçika Futbol Federasiyası millinin baş məşqçisi Domeniko Tedesko ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.
Tərəflər arasında 2026-cı ilə qədər qüvvədə olan müqavilə imzalanıb.
Xatırladaq ki, 38 yaşlı almaniyalı 2023-cü ilin fevralından “qırmızı şeytanlar”ın baş məşqçisidir.
Belçika millisi mart ayında iki yoldaşlıq oyunu keçirəcək. Tedeskonun komandası əvvəlcə İrlandiya millisi, daha sonra isə İngiltərə ilə qarşılaşacaq.
0
0