“Qornik Zabrze”nin baş məşqçisi Pyotr Qierçak Çempionlar Liqasının II təsnifat mərhələsində “Fənərbaxça” ilə qarşılaşacaqları oyunlar öncəsi açıqlama verib.
Apasport.az xəbər verir ki, polşalı mütəxəssis İstanbul təmsilçisini sistem baxımından güclü komanda hesab etmədiyini bildirib:
“Fənərbaxça heç vaxt sistem baxımından güclü komanda olmayıb. Orada hər şey ulduzlardan və fərdi keyfiyyətdən asılıdır”.
Qierçak “Fənərbaxça”nın heyətində keyfiyyətli futbolçuların olduğunu vurğulasa da, rəqibdən çəkinmədiklərini qeyd edib.
Qeyd edək ki, “Fənərbaxça” ilə “Qornik Zabrze” arasında ilk oyun 21-22 iyulda İstanbulda, cavab görüşü isə 28-29 iyulda Polşada keçiriləcək.
- Niderland çempionu: “Ayaks”la "Qarabağ" yerinə "Qəbələ" oynasaydı, matçı izləyərdim"
- "Fənərbaxça" - "Olimpiakos" matçının hakimi bəlli olub
- Azərbaycan Kuboku: "Neftçi" səfərdə ən çox qələbə qazanan komandadır
- Kaxaber Tsxadadze: "Sona qədər sözümün üstündə durmalıyam"
- Millimiz dünya çempionatına 11 boksçu ilə qatılacaq