"Transfer pəncərələri"nin vaxtı müəyyənləşdi
10.06.2024 - 12:13
!["Transfer pəncərələri"nin vaxtı müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2024/june/10/big/6666b59d8b5ce6666b59d8b5cf17180071976666b59d8b5cc6666b59d8b5cd.jpg)
2024/2025 mövsümü üçün Azərbaycan futbolunda transfer dövrlərinin vaxtı müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yay "transfer pəncərəsi" iyunun 25-də açılacaq və sentyabrın 16-dək davam edəcək.
Qışda isə bu müddət 14 yanvar - 10 fevral aralığını əhatə edəcək.
0
0