Millimiz irlandiyalılara məğlub oldu
16.06.2025 - 23:30
Bu gün Moldovada “Billie Jean King Cup” tennis turnirinə start verilib.
Apasport.az xəbər verir ki, qadınlar arasında keçirilən beynəlxalq turnirin 3-cü qrupunda Azərbaycan millisi ilk oyununu keçirib.
Məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn ibarət yığmamız Albaniya, İrlandiya və ev sahibi Moldova komandaları ilə eyni qrupda yarışır. Tennisçilərimiz ilk oyunda irlandiyalılarla qüvvələrini sınayıblar. Rəqib komanda hər 3 görüşü qələbə ilə başa vurub.
Qeyd edək ki, millimiz sabah Moldova ilə qarşılaşacaq.
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB
- "Qarabağ"ın qapıçısı Xabi Alonsonu Zidanla müqayisə etdi
- Messi Bakıya gəlib - FOTO
- “Neftçi”nin bitməyən problemləri, komandanın çıxış yolu - TƏHLİL
0
0