“Turan Tovuz” kolumbiyalı ilə bağlı qərarını verdi
27.05.2026 - 15:53
“Turan Tovuz” futbolçusu Hayderson Hurtado ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, komanda 30 yaşlı müdafiəçinin müqavilə müddətini uzadıb.
Bu barədə futbolçu rəsmi sosial media hesabında paylaşım edib.
Razılaşmaya əsasən, kolumbiyalı oyunçu 2029-cu ilin yayına qədər Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Hurtado ötən ilin yayından “Turan Tovuz”un formasını geyinir.
0
0