"Turan Tovuz"un forvardı Türkiyəyə yollandı - ÖZƏL
07.01.2025 - 18:21
“Kəpəz”in hücumçusu Orxan Əliyevin “Turan Tovuz”a keçə biləcəyi haqda xəbər vermişdik.
Artıq azərbaycanlı hücumçunun Qərb təmsilçisinə keçidi rəsmiləşib.
Apasport.az saytına verilən məlumata görə, Əliyev artıq Türkiyənin Antalya şəhərinə yollanıb.
Forvard bu gün kollektivə qoşulub və “Turan Tovuz”un məşqlərində iştirak edib. 30 yaşlı hücumçunun klubla altı ay+1 illik müqavilə imzaladığı iddia edilir.
Qeyd edək ki, Orxan karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Zirə”, “Qaradağ-Lökbatan”, “Sioni” (Bolnisi), “Araz-Naxçıvan” klublarında oynayıb.
- Azarkeşlərin Xankəndiyə aparılacağı vaxt dəqiqləşdi - EKSKLÜZİV
- “Fənərbaxça”nı dayandıran tapılmır: KOMANDADAN NÖVBƏTİ QƏLƏBƏ
- Arif Əsədov: "Həmin futbolçuların milliyə dəvət alması başadüşüləndir"
- “Neftçi” - “Sumayıt” matçının biletləri satışa çıxarılıb
- Gimnaziadaya yollanan taekvondoçularla görüş keçirilib
0
0