!["Turan Tovuz"un təxirə salınan oyunu bu gün keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/january/10/big/659e2d3e18a3b659e2d3e18a3c1704865086659e2d3e18a39659e2d3e18a3a.jpg)
Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınan "Turan Tovuz"un yoxlama oyunu bu gün keçiriləcək.
Apasport.az-ın məlumatına görə, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov mövsümün ilk qarşılaşmasında futbolçularını Rumıniyanın “Voluntari” klubu ilə sınayacaq.
Antalyadakı “Topkapı Sport Center”in meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Tovuz klubu yanvarın 15-də daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ikinci matçında isə Özbəkistan “Nasaf”i ilə qarşılaşacaq.