“Turan Tovuz"un yoxlama görüşünün vaxtı bəlli olub
06.01.2025 - 16:37
![“Turan Tovuz"un yoxlama görüşünün vaxtı bəlli olub](https://ww3.apasport.az/storage/news/2025/january/06/big/677bcf430dae9677bcf430daea1736167235677bcf430dade677bcf430dae8.jpeg)
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” yanvarın 9-da yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Antalya hazırlığı çərçivəsində “Qloria Bizau” ilə qarşılaşacaq.
Görüş saat 15:00-da başlayacaq.
İkinci oyun 3 gün sonra təşkil olunacaq. Tovuz təmsilçisi Özbəkistan "Paxtakor"u ilə üz-üzə gələcək. Bu qarşılaşma da yerli vaxtla saat 17:00-da start götürəcək.
“Qloria Bizau” Rumıniya liqasında 21 turdan sonra 16 xalla 16 komanda arasında sonuncudur.
0
0