U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
18.04.2024 - 10:53
![U-17 millimiz İnkişaf turnirində iştirak edəcək](https://ww3.apasport.az/storage/news/2024/april/18/big/6620c3b3c2b7d6620c3b3c2b7e17134232836620c3b3c2b7b6620c3b3c2b7c.jpeg)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 22-dən 28-dək Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.
İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.
0
0