U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verir
12.11.2025 - 11:11
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə start verəcək.
Apasport.az xəbər verir ki, 13-cü qrupda yer alan komanda Çexiya yığması ilə üz-üzə gələcək.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qarşılaşmanın baş hakimi finlandiyalı Oliver Reytala olacaq.
Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.
- Cahangir Fərəcullayev: "Heç kim Azərbaycan xalqına bunu yaşada bilməz"
- “Lids”in yarımmüdafiəçisi top klubların marağında
- Azərbaycan millisinin oyunlarının yeri dəqiqləşdi
- Qurban Qurbanov: “Bu epizodla mənim etdiyim fair-playi yan-yana qoymayın” - MÜSAHİBƏ
- Rəşad Sadıqov: "Buraxdığımız səhvlər mövsümün sonunda həlledici olduğunu göstərdi" - VİDEO
0
0