Kosovo Superliqasında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Malişeva” səfərdə “Feronikeli”nin qonağı olub.
Qarşılaşma “Malişeva”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaq komandanın heyətində K.Uka 11-ci və 56-cı dəqiqələrdə fərqlənib. Digər qolu isə 24-cü dəqiqədə L.Xilani vurub.
Vüsal İsgəndərli matça start heyətində başlayıb.
Bu nəticədən sonra “Malişeva” xalını 7-yə çatdıraraq turnir cədvəlinin liderliyinə yüksəlib.
29 avqust
“Feronikeli” – “Malişeva” – 0:3
Qollar: K.Uka, 11, 56; L.Xilani, 24.
- Azərbaycanın tanınmış bədii gimnastı karyerasını başa vurub
- Cahangir Fərəcullayev: AFFA-nın Yeni Baş Katibi Kimdir?
- Dambrauskas: “Oyunumuza yeni komponentlər əlavə etməliyik”
- Rikelme Haaland iddiasından geri çəkilmir – “Prezident olsam, “Real”da oynayacaq”
- “Neftçi” mənim üçün ürəkdir” - Rəşad Sadıqov