"Xankəndi" komandasının yeni baş məşqçisi açıqlanıb
14.01.2026 - 12:56
Azərbaycan II Liqasında çıxış edən "Xankəndi" futbol komandasının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi Zaur Hacıyevə tapşırılıb. O, bu postda İbrahim Uzuncanı əvəzləyib.
UEFA-nın B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis uzun illər "Qəbələ" Futbol Akademiyasında fəaliyyət göstərib, müxtəlif yaş qrupları ilə ölkə çempionatlarında uğurlar qazanıb və U-19 komandası ilə Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edib.
Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.
- “Qalatasaray” öz meydanında uduzdu, “Mançester Yunayted”dən ilk qələbə
- Kamerunlu futbolçu "Qarabağ"a gəlmədi - "Botev"də qalır
- Elmar Baxşıyev: "Məndən olsaydı, keçən ilki komanda dağılmazdı"
- 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan cüdo yarışı keçiriləcək
- "Fənərbaxça"lıları sevindirən xəbər: İtaliyadan təklif var
0
0