Yalnız Azərbaycanda: Oyun zamanı stadionun dam örtüyü yenilənir - VİDEO
01.05.2025 - 15:52
Yalnız Azərbaycanda: Oyun zamanı stadionun dam örtüyü yenilənir  - VİDEO

Bu gün futbol üzrə Azərbaycan I Liqasında XXIV tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Cəbrayıl" "Baku Sporting"i qəbul edib - 2:1.

Oyun zamanı analoqu olmayan hadisə baş verib.

Belə ki, AFFA rəhbərliyinin futbolumuza gətirdiyi "yeniliklər"ə daha biri əlavə olunub.

Bildiyiniz kimi, xeyli müddətdir ki, "ASCO Arena"nın dam örtüyü yararsız vəziyyətdə olsa da, bu yöndə iş görülmürdü.

Bu gün şahidi olduq ki, artıq işlərə start verilib. Gün etibarilə həmin örtükdə yenilənmə işləri aparılıb.

İşin qəribə tərəfi odur ki, dam örtüyü oyun zamanı dəyişdirilib. Hətta aparılan işlər matçın sonuna qədər yekunlaşmayıb.

Meydanda komandalar arasında futbol matçı gedir, təxminən 20 metr yüksəklikdə isə ustalar dam təmir edirlər. Çıxarılan örtüklərin parçaları hər an kiminsə üzərinə düşə, hansısa ciddi faciəyə yol aça bilər. 

Lakin buna məhəl qoyan olmadı və hər kəs belə də olmalıymış kimi oynamağa davam etdi.

Apasport.az həmin kadrları təqdim edir: