Yuri Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
23.10.2026 - 19:09
Yuri Maksimov: “Qolları rəqibə hədiyyə etdik”

Misli Premyer Liqasının IX turunda "Araz-Naxçıvan" "Qəbələ"yə məğlub olub - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "bozqurdlar"ın baş məşqçisi Yuri Maksimovun mətbuat konfransı keçirilib.

"Qolları rəqibə hədiyyə etdik. Özümüz isə çətinliklə qol vururuq. Futbolçular çalışırlar. Amma ustalıq səviyyəsi çatışmır."

- Yaxşı nəticələr qazanmaq üçün nələri dəyişmək lazımdır?

- Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir.

- Bir çox futbolçu fərqli mövqedə oynayır. Bunun səbəbi nədir?

- Heyətdə itkilərimiz mövcuddur. Zədəli və cəzalı futbolçularımız var. Buna görə oyunçuların yerlərini dəyişirik.

- Komandanı siz yığmamısız. Heyətdən nə dərəcədə razısınız?

- Oynamağa davam edəcəyik. Görək necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq.