Zamiq oynadı, komandası qələbə qazandı
11.01.2025 - 11:54
![Zamiq oynadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2025/january/11/big/6782244b45b176782244b45b1817365822196782244b45b156782244b45b16.jpeg)
Albaniya çempionatında 20-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” öz meydanında “Laçi”ni qəbul edib.
Həmyerlimizin komandası 1:0 hesablı qələbə qazanıb.
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Zamiq 90-cı dəqiqədə meydana çıxıb.
0
0