Zaqatala təmsilçisi çempionatdan kənarlaşdırılıb
21.02.2024 - 17:58

AFFA U-14 Liqasında çıxış edən “Viktoriya Zaqatala” komandası turnirdən kənarlaşdırılıb.
Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, komandanın “Qafqaz Arena” ilə oyunda meydana çıxmaması buna səbəb olub.
“Viktoriya Zaqatala” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayan görüşdə Zaqatala komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, bu, region komandasının oyuna çıxmadığı 3-cü matç olub.
- Mövsüm başa çatdı: Formal oyunları "Neftçi" və "Qarabağ" qazandı - YENİLƏNİB
- Renduliç: "Biz yaxşı deyildik, "Neftçi" pis idi"
- “Bayer 04” son saniyələrdə məğlubiyyətdən qurtuldu
- AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək
- Mane “Bavariya”dan gedəcək: İngiltərə, yoxsa İtaliya?
0
0