"Zirə" hücum xəttini yeni futbolçu ilə gücləndirəcək.
Apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi ötən mövsümü "Turan Tovuz"da keçirmiş Paçu Lira ilə anlaşmaq istəyir.
Braziliyalı hücumçu özü də bu komandada oynamağa razıdır. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. Əgər bütün detallarda razılıq əldə olarsa, Paçu "Zirə"də oynayacaq.
28 yaşlı hücumçu karyerası ərzində “Trofense”, “Boavişta”, “Botafoqo”, "Santa-Kruz" klublarında oynayıb. Onun "Zirə"yə keçidinin Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "DAK 1904" ilə oyunlardan sonra reallaşacağı gözlənilir.
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- AGF rəsmisi Beynəlxalq Gimnastika Federasiyasında Texniki Komitəyə üzv seçilib
- “Qarabağ”ın hücumçusu klubdan ayrıldı
- "Qarabağ" "Karvan"a qalib gəlib - YENİLƏNİB
- Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"