"Bütün fikrimizi bu matça yönəltmişik".
Apasport.az xəbər verir ki, bunu "Ordu"nun basketbolçusu Rüstəm Əliyev "Gəncə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Kapitan sabahkı görüşdə meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:
“Şəki”yə məğlubiyyətdən sonra komanda özünə gəlməyə çalışacaq. Zədələndikdən sonra iki oyunu buraxmışam. Məşqçiyə bildirdim ki, lazım gəlsə, 10-12 dəqiqə meydanda ola bilərəm. Bu matç bazar günü “Gəncə” ilə Bakıda keçirəcəyimiz görüş öncəsi ciddi bir hazırlıqdır. Kubokda da yolumuza davam etmək niyyətindəyik. İnanıram ki, hər iki qarşılaşmada istədiyimizə nail ola biləcəyik”.
Qeyd edək ki, "Gəncə" - "Ordu" görüşü yanvarın 29-da, saat 14:00-da start götürəcək.
- Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
- Rəşad Sadıqov: "Qarabağ"la matçda qazanılan xal dəyərlidir“
- Yunis Hüseynov: “Özümü milli komandada görmək istəyirəm” - Eksklüziv
- MDB Oyunlarında bu gün sonuncu mükafatçılar bəlli olacaq
- Koman: "Qalatasaray" azarkeşləri xüsusilə möhtəşəm idi"