“Zirə” - “Kəpəz” matçı təxirə düşə bilər
23.02.2025 - 17:16
“Zirə” - “Kəpəz” matçı təxirə düşə bilər

Misli Premyer Liqasının 24-cü turunun “Zirə” - “Kəpəz” matçının başlaması ləngiyir.

Apasport.az xəbər verir ki, buna meydançanın qarla örtülməsidir.

Matç saat 17:00-da başlamalı idi. Oyunun təxirə salınması ehtimalı var.

Əlavə məlumat veriləcək.