"Zirə" Premyer Liqada 100-cü qələbəsini qazanıb
22.04.2024 - 10:34
“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turunda baş verib. Rəşad Sadıqovun yetirmələri Bakı derbisində “Neftçi”yə qalib gəlib – 3:1.
Premyer Liqada 2015-ci ildə debüt edən qəsəbə klubu 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər.
“Zirə” ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.
- “Zirə” və “Şamaxı”dan qələbə
- Yığmamız Gürcüstan və Qazaxıstanla üz-üzə gələcək
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
- “Şamaxı” futbolçusu ilə müqaviləyə xitam verdi
- "Barselona" Kanselonu "Siti"yə qaytarmaq istəmir
0
0