!["Zirə" - "Şerif" matçından əvvəl açıq məşq keçiriləcək](https://ww3.apasport.az/storage/news/2024/july/15/big/6694f7e1c09566694f7e1c095717210388176694f7e1c09526694f7e1c0954.jpeg)
“Zirə” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Şerif”i qəbul edəcək.
Apasport.az xəbər verir ki, oyundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
İyulun 14-də saat 17:30-da “Dalğa Arena”da “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı başlayacaq. Həmin gün 18:45-də isə “Qarabağ Arena”da komandamızın media üçün açıq məşqi keçiriləcək.
“Şerif”in baş məşqçisi Yuri Huranın mətbuat konfransı 18:30-da başlayacaq. Saat 19:00-da moldovalılar media üçün açıq məşqə çıxacaqlar.
Qeyd edək ki, “Zirə” – “Şerif” matçı iyulun 18-də saat 20:00-da start götürəcək.