Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
07.10.2024 - 11:06
![Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/october/07/big/670388a50aa99670388a50aa9a1728284837670388a50aa97670388a50aa98.jpg)
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0