Amerika Milli Basketbol Assosiasiyasının (NBA) sabiq ulduzu Amare Stadmayr polis əməkdaşı olub.
Apasport.az xəbər verir ki, 43 yaşlı keçmiş basketbolçu ABŞ-nin Mayami şəhərində polis akademiyasında təhsilini başa vuraraq yeni peşəyə yiyələnib.
O, Mayami-Deyd məktəb polisi idarəsində xidmətə başlayıb. Stadmayrın əsas vəzifəsi məktəblərdə şagirdlərin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsinə kömək etmək olacaq.
Sabiq basketbolçu bu məqsədlə təxminən 11 ay xüsusi hazırlıq keçib. Oktyabrda polis akademiyasını bitirən Stadmayr noyabrda rəsmi andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayıb.
Altı dəfə NBA-nın Ulduzlar oyununda iştirak edən amerikalı idmançı bu qərarı ilə uzun illər əvvəlki arzusunu reallaşdırıb. O, uşaqlıqdan polis əməkdaşı olmaq istədiyini bildirib.
Qeyd edək ki, Amare Stadmayr NBA karyerası ərzində “Finiks Sans”, “Nyu-York Niks”, “Dallas Maveriks” və “Mayami Hit” klublarında çıxış edib. O, 2026-cı ildə Basketbol Şöhrət Zalına daxil edilib.