Portuqaliyalı sabiq futbolçu Rikardo Kuareşmanın oğlu Rikardo Kuareşma Cunior (Riki) “Sportinq”in akademiyasına qoşulub.
Apasport.az xəbər verir ki, 14 yaşlı futbolçu Portuqaliya təmsilçisinin akademiyası ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Atası ilə eyni adı daşıyan Riki cinah hücumçusu mövqeyində çıxış edir. O, daha əvvəl “Portu”nun akademiyasında da məşq edib. Gənc futbolçu 2022/2023 mövsümündən “Sportinq”in aşağı yaş qruplarında çıxış edir.
Qeyd edək ki, Rikardo Kuareşma da futbolçu karyerasına “Sportinq”in akademiyasında başlayıb. O, sonradan “Barselona”, “Portu”, “İnter”, “Çelsi” və “Beşiktaş” kimi klublarda çıxış edib. Portuqaliya millisinin heyətində isə 2016-cı ildə Avropa çempionu olub.
- “Qalatasaray” “Aston Villa”nı 3 qolla məğlub etdi
- Netanyahu hökuməti “Qalatasaray”dan UEFA-ya şikayət etdi - SƏBƏB
- La Liqada narazılıq – “Atletiko”nun baş direktoru istefa verdi
- “Sabah”ın Çempionlar Liqasındakı rəqibində ciddi itki
- “Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı