ABL: "Lənkəran" "Ordu"nu qəbul edəcək
29.11.2024 - 10:36
Azərbaycan Basketbol Liqasında bu gün IV turun daha bir matçı keçiriləcək.
Apasport.az xəbər verir ki, B qrupunda “Lənkəran” evdə “Ordu”nu qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da start götürəcək.
“Lənkəran” hazırda B qrupunda 5 xalla dördüncüdür. Eyni xala malik “Ordu” ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Turun digər matçları noyabrın 30-da və dekabrın 1-də baş tutacaq.
- FKSB-nin futbolçusu “Neftçi”yə transferi barədə xəbərlərə münasibət bildirdi - EKSKLÜZİV
- İngiltərədən gözlənilməz məğlubiyyət
- “Rusiya Premyer Liqası ilə yalnız “Qarabağ”ı müqayisə etmək olar” – MÜSAHİBƏ
- "Zirə" Tovuzda qalib gəldi, "Qəbələ" Bakıda büdrədi - YENİLƏNİB
- “Neftçi” ilə “Maximus” arasında sponsorluq müqaviləsi bağlandı - FOTO
0
0