ABL: "Neftçi" "Naxçıvan"la qarşılaşacaq
10.12.2024 - 11:15
Bu gün Azərbaycan Basketbol Liqasında VI tura start veriləcək.
Apasport.az xəbər verir ki, A qrupunda iki qarşılaşma keçiriləcək.
İlk olaraq "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 15:30-da start götürəcək. Bölgə təmsilçisi 9 xalla ikinci, "ağ-qaralar" 5 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sərhədçi" və "Sabah" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klublarının dueli saat 18:30-da başlayacaq. "Sərhədçi" 8 xalla üçüncü, "bayquşlar" 10 xalla birincidir.
Qeyd edək ki, turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.
- Dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək
- Novak Cokoviç karyerasının 101-ci titulunu qazanıb
- Elnur Məmmədov: "Hər idmançı maksimim nəticə üçün mübarizə aparacaq"
- AFFA 2025-ci ildə ölkəmizi təmsil edəcək FIFA referilərinin siyahısını açıqlayıb
- "Borussiya" minimal hesablı qələbə qazandı - YENİLƏNİB
0
0