ABL: "Neftçi" yarımfinalın ilk oyununda qələbə qazanıb
27.04.2025 - 17:17
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gəlib.
Qarşılaşma "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə yekunlaşıb.
Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.
Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.
- Hindistanlı, qırğızıstanlı və mavritaniyalı var, azərbaycanlı yoxdur – futbolmuzun durumu
- Prezident minifutbol üzrə milli komandanın üzvlərini qəbul etdi - YENİLƏNİB
- “Turan Tovuz”dan “Tottenhem”in yetirməsinə təklif
- Türkiyə millisinin qolkiperi Fransa klubunun radarında
- Azərbaycan kikboksçusu dünya çempionu olub
0
0