ABL: “Şəki”dən ev qələbəsi
20.10.2024 - 16:59
![ABL: “Şəki”dən ev qələbəsi](https://ww3.apasport.az/storage/news/2024/october/20/big/6714ff3ad5c846714ff3ad5c8517294293066714ff3ad5c826714ff3ad5c83.webp)
Azərbaycan Basketbol Liqasında I turun növbəti görüşü keçirilib.
Apasport.az xəbər verir ki, "Şəki" "Quba"nı sınağa çəkib.
Olimpiya İdman Komleksində reallaşan qarşılaşma meydan sahiblərinin 90:83 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Naxçıvan" "Neftçi"ni 84:79, "Abşeron" NTD-ni 75:69, "Gəncə" "Lənkəran"ı 90:75, "Sabah" isə "Sərhədçi"ni 80:53 hesabı ilə məğlub edib.
0
0