ABL: X tura yekun vurulacaq
02.11.2025 - 10:18
ABL: X tura yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında V tura bu gün yekun vurulacaq.

Apasport.az xəbər verir ki, son qarşılaşmada "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.

Matç saat 18:00-da start götürəcək. "Sabah" 8 xalla A qrupunda liderdir. Eyni xala malik olan "Abşeron Lions" ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" "Gəncə"ni (84:70), "Naxçıvan" "Quba"nı (86:78), "Neftçi" isə NTD-ni (99:71) məğlub edib.