Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
12.04.2024 - 10:41
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ilk günündə Çili ilə üz-üzə gələcək.
B qrupu çərçivəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 13-də Monqolustan və Hollandiya yığmaları ilə münasibətləri aydınlaşdıracaq.
- Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
- “Fehervar”ın baş məşqçisi: "Sumqayıt" fiziki cəhətdən güclü komandadır"
- Abdullah Zubir daha 3 il "Qarabağ"da
- Vaqif Cavadov: "De Byazinin hərəkəti insanlıq keyfiyyətləri ilə bağlıdır" - MÜSAHİBƏ
- DÇ-2022-də stadionun sökülməsinə başlanıldı
0
0