Azərbaycanlı məşqçidən ilk
22.08.2025 - 15:53
Basketbol üzrə U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub.
Apasport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
O, adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir.
Qeyd edək ki, proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.
- Zamiq Əliyev: "Az da olsa, ümidim var idi ki, bəlkə millidən dəvət gələr" - Müsahibə
- Orxan Məmmədov “Alanyaspor” və “Rubin”in rəhbərləri ilə görüşdü
- Tamblinq millimiz beynəlxalq turnirdə birinci yeri tutub
- “Gəncə” heyətini amerikalı voleybolçu ilə gücləndirdi
- Gürcüstan millisinin üzvü Azərbaycan klubuna keçə bilər
0
0