“Gəncə”nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının XVIII turunun “Ordu” ilə oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
“Rotasiyadan istifadə edərək oynamağa çalışdıq. Çox çətin dövrdən keçirik. Ardıcıl oyunlara çıxırıq. Yaxın günlərdə bizim üçün vacib olan daha bir matç olacaq. "Ordu" təhlükəli rəqibdir. Bu gün oyuna biz yaxşı başladıq. Basketbolçulara öncədən verdiyimiz tapşırıqları meydanda yaxşı yerinə yetirdilər. Görüşün irəliləyən bölümündə rəqib də qarşılıq verdi. Amma biz oyunun qırılma nöqtəsinə gəlməsinin qarşısını ala bildik. Nəticədə də qalib gəldik. Azarkeşlərimizə minnətdarlığımı çatdırıram. Bizi yenə dəstəksiz qoymadılar. Onların dəstəyi bizim üçün çox önəmlidir. Ən yaxşı şəkildə çempionatı başa vuracağıq".
Qeyd edək ki, görüş "Gəncə"nin 84:74 hesablı qələbəsi ilə nəticələnib.
- Azərbaycan – Belarus oyununda yunan hakimlər
- Güləşçilərimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaqlar
- Oblak “Mançester Yunayted”in hədəfində
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"