Kişilərdən ibarət basketbol millimiz məğlub olub
23.08.2024 - 16:16
Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız C qrupundakı ilk görüşündə Niderlandla üz-üzə gəlib.
Milli komanda bu qarşılaşmadan 9:21 hesabı ilə məğlub ayrılıb.
Seçməmizin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.
Qeyd edək ki, növbəti mərhələyə qruplarda ilk iki yeri tutan millilər yüksəlir.
- Günün oyunları bu kanallarda
- AL: “Milan” “Benfika” ilə bacarmadı - YENİLƏNİB
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- Dünya çempionatında ölkəmiz 11 cüdoçu ilə təmsil olunacaq
- Xankəndi-Bakı ultra marafonunun ikinci mərhələsinin qalibi bəlli oldu
0
0