"Qalatasaray"ın futbolçuları Super Liqa klubunun hədəfində
17.12.2025 - 17:17
"Qalatasaray"ın futbolçuları Berkan Kutlu və Ahmed Kutucu qış transfer pəncərəsi zamanı komandada ayrıla bilərlər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Konyaspor" hər iki oyunçunun xidmətində maraqlıdır. Baş məşqçi Çağdaş Atan Kutlu ilə Kutucunu komandasında görmək istəyir. "Ağ-yaşıllar" İstanbul təmsilçisində heyətə düşə bilməyən yarımmüdafiəçiləri yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Ahmed Kutucu bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib. Berkan Kutlu isə 9 matçda 1 assistlə yadda qalıb.
- “Ferensvaroş” hücumçusunu Türkiyə klubuna satır
- Azərbaycanda klub rəhbəri faciəvi şəkildə həlak oldu
- Salah: "Enfild"də qol vurmağın necə bir hiss olduğunu heç vaxt unutmayacağam"
- “Roma” səfərdə, “Latsio” evində qələbə qazandı
- Miloş Velebit: “Azərbaycanda planlarımızın pozulması səbəbindən nəticə çatışmırdı” - MÜSAHİBƏ
0
0