
“Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi. Ötən matçlarda olduğu kimi, yalnız ilk 2 periodda rəqibə müqavimət göstərə bildik.
Apasport.az xəbər verir ki, bunu "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç deyib.
O, Azərbaycan Basketbol Liqasının XX turunda “Şəki”yə 78:107 hesablı məğlubiyyəti şərh edib: "Ardıcıl məğlubiyyətlərdən sonra yaramış psixoloji durum bu oyuna da təsir etdi. Daha sonra yorğunluq özünü göstərdi. Müdafiədə passiv olmağımız da bu yenilgiyə səbəb olan əsas amillərdən oldu. Bu matçda da azarkeşlərin böyük dəstəyi var idi. Onlara bu dəstəyə görə təşəkkür edirik. Doğma meydanda qələbə qazana bilmədiyimiz üçün məyusuq. Artıq play-indəki oyunlara köklənəcəyik. Həmin matçlarda maksimumu etməyə çalışacağıq".
Qeyd edək ki, “Lənkəran” müntəzəm mövsümü 23 xalla son pillədə başa vurub.
- Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu
- "Bayer" qaldığı yerdən davam edir: 90+11-ci dəqiqə qolu... - VİDEO
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
- “Neftçi” – “Rapid” oyununun hakimləri açıqlandı
- "Lənkəran" heyətini amerikalı basketbolçu ilə gücləndirib