![Liderdən gözlənilməz məğlubiyyət](https://ww3.apasport.az/storage/news/2025/february/01/big/679d3bd4f013d679d3bd4f013e1738357716679d3bd4f013b679d3bd4f013c.jpeg)
Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
A qrupunun görüşləri eyni vaxtda başlayıb. Yarışın lideri “Sabah” “Abşeron”un qonağı olub. Son çempion zəif təsir bağışlayaraq, mövsümdə 3-cü dəfə uduzub.
İkinci pillədəki “Naxçıvan” isə “Sərhədçi” ilə üz-üzə gəlib. Murat Dikmenin komandası sonuncu periodda geridönüş edərək, çətin qələbə qazanıb.
Azərbaycan Basketbol Liqası
XIII tur
A qrupu
19:00. “Sərhədçi” – “Naxçıvan” - 76:80 (22:26, 26:13, 18:16, 10:25)
19:00. “Abşeron” – “Sabah” - 67:59 (9:4, 21:19, 14:12, 23:24)