Milli komanda reytinqdə mövqeyini dəyişməyib
01.07.2024 - 14:02
![Milli komanda reytinqdə mövqeyini dəyişməyib](https://ww3.apasport.az/storage/news/2024/july/01/big/66827e4e6d9d966827e4e6d9da171982804666827e4e6d9d766827e4e6d9d8.jpg)
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.
Azərbaycan millisi reytinqdə 7-cidir. Yığmamızın hesabında 348,537 xal var.
Komanda ötən cədvəllə müqayisədə 5,304 xal itirsə də, mövqeyini qoruyub.
Cədvələ Kanada başçılıq edir – 621,218. Fransa (512,807), Çin (448,609), Niderland (445,705), Almaniya (419,835) və "Düsseldorf ZOOS" (371,189) millimizi qabaqlayır.
Qeyd edək ki, kişilərdən ibarət komandaların cədvəlinə Serbiya təmsilçisi "Ub" başçılıq edir – 2989,286.
0
0