16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Cəbəllütariqdə təşkil olunan yarışın yarımfinal matçına çıxıb.
Türkiyəli mütəxəssis Evren Alkayanın yetirmələri Albaniya ilə görüşib. A qrupunda keçirdiyi bütün qarşılaşmalarda qalib gələn millimiz növbəti uğura imza atıb. Çətinlik çəkmədən qalib gələn komandamız finala vəsiqə qazanıb.
Qeyd edək ki, yığmamız finalda Kipr - Malta görüşünün qalibi ilə qarşılaşacaq. Həlledici və 3-cü yer uğrunda oyunlar sabah keçiriləcək.
U-16-lar (qızlar) arasında Avropa çempionatı
C divizionu, yarımfinal
13 iyul
17:45. Azərbaycan – Albaniya - 92:62 (23:12, 33:10, 23:19, 13:21)
Cəbəllütariq. "Tersentenari" İdman Zalı
- “Qalatasaray” debütantla bacarmadı - ÇEMPİONDAN XAL İTKİSİ
- Ançelotti Braziliya yığmasına şərt qoydu
- Samir Abasov: “Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur”
- “Qarabağ” Avropa Liqasında ən çox hücum edən komandadır
- Misli” məntəqələrində daha bir YENİLİK - Real görüntülü Virtual Bundesliqa başlayır!