Millimiz gümüş medalçı oldu
15.03.2026 - 14:45
Millimiz gümüş medalçı oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-a qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanıb.

Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edib.