Millimiz Gürcüstanı darmadağın etdi
10.07.2024 - 18:35
![Millimiz Gürcüstanı darmadağın etdi](https://ww3.apasport.az/storage/news/2024/july/10/big/668e9672c1391668e9672c13921720620658668e9672c138e668e9672c138f.png)
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız bu dəfə Gürcüstanla qarşılaşıb.
İlk turda Ermənistanı darmadağın edən basketbolçularımız bu dəfə də eyni uğuru təkrarlayıb. Oyun 97:40 hesablı qələbəmizlə başa çatıb. Hazırda millimiz turnir cədvəlinin lideridir.
Qeyd edək ki, yığmamız sabah baş tutacaq son turda Kiprlə üz-üzə gələcək.
0
0