16 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan yığması mayın 25-29-da Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışı keçib.
Apasport.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində yerli klublarla hazırlıq oyununda öz gücünü sınaqdan keçirib.
Baş məşqçi Erhan Toker bu görüşlərdə bütün basketbolçulara şans verərək komandanın ümumi potensialını yoxlayıb.
Səfər zamanı millimiz Türkiyə çempionatının "Tofaş" - "Bahçeşehir" pley-off oyununu canlı izləyib.
Qeyd edək ki, toplanışı iyulun 5-13-də Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı "C" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyıb.
- “Neftçi” Rumıniya millisinin futbolçusuna elçi düşdü
- "Qarabağ" - "Ayaks" matçından öncə konsert təşkil olunacaq
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- Qazaxıstanın baş məşqçisi: "Azərbaycanı güclü rəqib kimi tanıyırıq"
- Sarri "Latsio"da xoşbəxt deyil