NBA-da yarımfinala yüksələn ilk komanda bəlli olub
16.05.2024 - 09:39
![NBA-da yarımfinala yüksələn ilk komanda bəlli olub](https://ww3.apasport.az/storage/news/2024/may/16/big/66459c6f88d8366459c6f88d84171583806366459c6f88d8166459c6f88d82.jpg)
Milli Basketbol Assosiasiyasında (NBA) ilk yarımfinalçı bəlli olub.
Apasport.az xəbər verir ki, "Boston" yarımfinala vəsiqə qazanıb.
Komanda 1/4 final mərhələsinin 5-ci qarşılaşmasında “Klivlend”i məğlub etməklə buna nail olub - 113:98. Ümumi hesabı 4:1 edən "Boston" yarımfinala yüksəlib.
Onların rəqibi "İndiana" - “Nyu-York Niks” cütünün qalibi olacaq. Hazırda “Nyu-York Niks” 3:2 hesabı ilə öndədir.
0
0