“Xarı Bülbül Şuşa” yunanlara qarşı
21.11.2023 - 11:14
Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, təmsilçimiz Çelenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxacaq.
Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda Yunanıstanın “Panatinaikos” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakıda Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, təmsilçimiz 1/32 finalda Slovakiyanın “Spartak Trnava” klubunu mübarizədən kənarlaşdırıb.
Çelenc kuboku, 1/16 final
İlk oyun, 21 noyabr
19:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan)
Voleybol Mərkəzi
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- Premyer Liqa: "Arsenal" və "Liverpul" qələbə ilə başladı
- Asensio Premyer Liqada - rəsmi
- Milner rekorda bir addım daha yaxınlaşdı
- Krunoslav Renduliç: "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq"
0
0