“Neftçi” Azərbaycan Basketbol Liqasının qalibi olub
30.05.2024 - 09:17
Qadınlar arasında Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final matçında "Neftçi" və "Azstars" kollektivləri qarşılaşıb.
93:29 hesablı qələbə qazanan birincilər yarışın qalibi olub.
Üçüncü yer uğrunda görüşdə isə "Xırdalan" klubu "Qaradağ"ı 51:49 hesabı ilə üstələyərək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, final görüşünün ən yaxşı basketbolçusu "Neftçi"nin üzvü Angelina İsmayılova seçilib.
- Ayxan Abbasov: "Allah qoysa, azarkeşlər məni başa düşəcəklər" - Müsahibə
- Bədii gimnastika üzrə XXIX Bakı çempionatı və birinciliyi keçiriləcək
- Elşad Quliyev: “Monteneqronu uda bilsək…”
- “Yuventus” de Liqtin boşluğunu doldurdu
- ÇL: “Qalatasaray”dan minimalhesablı qələbə, “Atletiko” və “Bavariya”dan darmadağın - YENİLƏNİB
0
0