Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib
13.11.2024 - 00:27
![Elanqanın millidən kənarlaşdırılma səbəbi müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/november/13/big/6733bb233a9716733bb233a97217314434916733bb233a96e6733bb233a970.jpeg)
"Nottingem Forest"in futbolçusu Entoni Elanqa İsveç yığmasının heyətindən kənarda qalıb.
Apasport.az xəbər verir ki, bunun səbəbi bilinib.
Baş məşqçi Yon-Dal Tomasson yarımmüdafiəçidən narazı qalıb. Elanqa Millətlər Liqasının oktyabr ayındakı hazırlığı zamanı şam yeməyinə gecikib.
Qeyd edək ki, İsveç - Azərbaycan matçı noyabrın 19-da baş tutacaq.
0
0