"Neftçi" Dünya Seriyasının yarımfinalında
08.05.2026 - 12:50
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, komanda 1/4 finalda Monqolustan millisini məğlub edib - 21:11.
"Ağ-qaralar" yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.
- “Aston Villa”nın müdafiəçisi İtaliya yolunda
- PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub
- Qurban Qurbanov: “Bakıda daha diqqətli olmalıyıq”
- Ehtiram Quliyev: "Çempionat çətindir, amma inanıram ki, bizdə potensial var"
- Millimizin baş məşqçisi: “Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq”
0
0