“Ordu”dan ayrıldı - “Sərhədçi”də çıxış edəcək
10.09.2025 - 14:51
“Ordu”dan ayrıldı - “Sərhədçi”də çıxış edəcək

"Sərhədçi" heyətini yeni basketbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Əli Həsənovu heyətinə qatıb. 

Gənc basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Əli Həsənov son olaraq "Ordu"da çıxış edib.