Paris-2024: Basketbol yığmamız qələbə qazanıb
02.08.2024 - 20:04
![Paris-2024: Basketbol yığmamız qələbə qazanıb](https://ww3.apasport.az/storage/news/2024/august/02/big/66ad035ca62a866ad035ca62a9172261462066ad035ca62a666ad035ca62a7.jpg)
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız bu dəfə Çin yığması ilə üz-üzə gəlib.
Görüş komandamızın 21:19 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Qızlarımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.
0
0